Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

5-ci Rumi Uşaq oyunlarının ilk günündən bürünc medal

A+ a-
21 Aprel 2015 20:50

     Yeniyetmələrdən ibarət seçmə komandamızın üzvü Mədinə Sadıqova (-47 kq) Konyada 5-ci Rumi Uşaq oyunlarının bürünc mükafatına sahib olub. Yarışın ilk günü tatmiyə çıxan qızlardan İnci Əzizova (-47 kq), Emiliya Mitilimova (-54 kq) və Bəsti İsmayılova (+54 kq) isə çıxışlarını uğursuz başa vurublar. 

     Yeniyetmələrin böyük məşqçisi, əməkdar məşqçi Anar Allahverdiyevin rəhbərliyi ilə yarışa yollanan idmançılardan oğlanlar  -  Hümmət Baxşəliyev (-52 kq), Anar Novruzov (-57 kq), Əbülfəz Rəhimov (-63 kq), Əli Quliyev (-70 kq) və Nİyazi Məmmədov (+70 kq) 22 apreldə mübarizəyə qatılacaqlar. Ceyhun İsmayılov isə kata yarışlarında çıxış edəcək. Oğlanlardan 

     10 idman növü üzrə keçirilən 5-ci Rumi Uşaq oyunlarına yollanan nümayəndə heyətinə Azərbaycan Milli Karate Federasiyasının baş katibi Mir-Cabbar Seyidov rəhbərlik edir. 19 apredlə Türkiyəyə yola düşən heyət ayın 24-də Bakıya dönəcək.