Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Azərbaycan və Qazaxıstan karateçilərinin birgə hazırlığı başlandı

A+ a-
16 Aprel 2015 18:26

     Bakı 2015 1-ci Avropa oyunlarına həlledici hazırlıq dövrünə keçən Azərbaycan karateçiləri gücləndirilmiş təlim-məşqləri davam etdirirlər. Birgə təlim məşqlər keçirmək üçün Asiyanın ən güclü komandalarından olan Qazaxıstan karateçiləri Bakıya dəvət ediliblər.

     Azərbaycan Milli Karate Federasiyasının "İnter Arena"-da yerləşən təlim-məşq bazasında Qazaxıstan milli komandası ilə hazırlıqlar bir neçə gün davam edəcək. Birgə təlimlərdə iştirak edən Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov hazırlığın sonunda belə yoldaşlıq məşqlərinin hər iki tərəf üçün böyük əhəmiyyətindən danışıb və davamlı olacağını söyləyib.

     Baş məşqçi, əməkdar Rəhman Hətəmovun təklifi ilə mayda son dünya çempionu İran milli komandası və Kanada seçmə komandası ilə idmançılarımızın birgə təlim-məşqləri planlaşdırılıb. Ötən ay Avropa çemppionatında uğurlu nəticə göstərən kişilərdən ibarət seçmə komandamızı qarşıdakı günlərdə Lüksemburqda beynəlxalq turnir gözləyir. Qadınlar isə gələn ayın ilk günlərində İstanbulda beynəlxalq turnirə qatılacaqlar.

     Təlim-məşqlərdən böyük fotoalboma federasiyanın rəsmi "Facebook" səhifəsindən baxa bilərsiniz.