Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

"Azərbaycan karateçiləri dəfələrlə himnimizi səsləndirməyə qadirdilər" - AMKF prezidenti Yaşar Bəşirov

A+ a-
09 Aprel 2015 21:46

     “Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsinin baş ofisində idmançıların yarışa hazırlığına həsr olunan tədbirdə iştirak edən Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirov milli komandamızın qarşıdakı mötəbər yarışa tam hazır olduğunu bildirib. 

     O, karatenin ilk Avropa oyunlarının proqramına daxil edilməsi üçün ölkə prezidenti və Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevə bir daha minnətdarlığını ifadə edərək, dövlət başsının bu addımının dünya karate ailəsində alqışla qarşılandığını söyləyib. Y.Bəşirov bildirib ki, karatenin Avropa Oyunlarının tərkibində olması bu döyüş idman növünün Olimpiya Oyunlarının proqramına əlavə edilməsinə böyük təkan verəcək. AMKF prezidenti həmçinin Avropa Oyunlarına yüksək səviyyədə hazırlıq işlərinin görüldüyünə görə təşkilat komitəsinin rəhbəri, ölkənin birinci xanımı, millət vəkili Mehriban Əliyevaya dərin təşəkkürlərini çatdırıb.

     Gənclər və İdman nazirliyi tərəfindən federasiyaya qayğı göstərildiyinə görə nazir Azad Rəhimova minnətdarlıq bildirən federasiya rəhbəri çıxışında onu da qeyd edib ki, son İslam Oyunlarında Azərbaycan idmançıları arasnda ən yüksək nəticə götərən karateçilərimiz komandalar arasında avropa çempionu və bürünc mükafatçı, dünya çempionatının finalçılarıdır. Ötən ay İstanbulda 50-ci Avropa çempionatında kişilərin beş mümkün final görüşlərindən üçündə tatamiyə çıxan Azərbaycan karateçiləri 2 qızıl və 1 gümüş medala, eləcə də komanda üçüncülüyünə sahib olublar.

     Artıq 10 ilə yaxındır ki, əsas maliyyə dəstəyi olan Baş sponsor Azərbaycan Beynəlxalq Bankının son 2 ildə Avropa oyunlarına intensiz hazırlıq işləri üçün yüksək səviyyədə köməklik göstərdiyini diqqətə çatdıran Yaşar Bəşirov, federasiya kollektivinin qarşıda duran məsuliyyəti də anladıqlarını və karateçilərimizin Azərbaycan himnini dəfələrələ səsləndirəcəklərinə inandıqlarını söyləyib. O, yüksək nəticələr əldə etmək üçün federasiyanın son aylar gərgin iş rejimində çalışdığını, idmançı və məşqçilərdə böyük ruk yüksəkliyi olduğunu deyib. Yaşar Bəşirov bu tədbirdə işitrak edən milli komandanın baş məşqçisi, əməkdar məçqi Rəhman Hətəmovun bu gn dünyada ən tanınmış karate mütəxəssislərindən olduğunu, ən titullu karateçinin də məhz həmyerlimiz Rafael Ağayev olduğunu nəzərə çadırıb. 

     Cari problemlərə gəlincə federasya prezidenti son zamanlar maliyyə sıxıntıları yaşandığını və Avropa oyunlarına intensiv hazırlıqları davam etdirmək üçün bu çətinlikləri aradan qaldırmağa dəstək olmanın vacibliyini deyib.