Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

6-cı Beynəlxalq "Baku Open" turniri - canlı yayım

A+ a-
12 Aprel 2015 10:16

     11-12 aprel tarixlərində 6-cı Beynəlxalq "Baku Open" turniri keçirilir. Yarışda karateçilərimizlə birgə Türkiyə, Rusyia, İran, Özbəkistan, Qazaxıstan və Gürcüstandan idmançılar iştirak edirlər. 

     Şənbə günü kişilər -60 kq, -67 kq, -75 kq, -84 kq və +84 kq çəkilərdə, qadınlar isə -50 kq, -55 kq, -61 kq, -68 kq və +68 kq çəki dərəcələrində döyübürlər. Bazar günü yeniyetmə və gənclər yarışa qatılırlar.

     Yeniyetmələrdən oğlanlar -52 kq, -57 kq, -63 kq, -70 kq və +70 kq çəkilərdə, qızlar -47 kq, -54 kq, +54 kq çəki dərəcələrində tatamiyə çıxırlar. Gənclərdən oğlanlar -55 kq, -61 kq, -68 kq, -76 kq və +76 kq çəkilərdə, qızlar isə -48 kq, -53 kq, -59 kq və +59 kq çəki dərəcələrində yarışda iştirak edirlər. 

     Əvvəlki yarışlardan fərqli olaraq bu dəfə veteranlar arasında da turnir keçirilib. Onlar 40-50 yaş arası və 50 yaşdan yuxarı kateqoriyalarında mübarizə aparıblar. 

     6-cı Beynəlxalq "Baku Open" turniri "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilir. Turnir federasiyanın saytı vasitəsilə canlı yayımlanır. Yarışın təntənəli açılış mərasimi və final görüşləri "İdman Azərbaycan" telekanlı ilə birbaşa efirə veriləcək.

 1-ci yarış günündən canlı yaymın video yazısına aşağadakı ekrandan baxa bilərsiniz. 1-ci yarış günündən şəkillərə buradan baxa bilərsiniz.

 

2-ci yarış günündən canlı yayma aşağadakı ekrandan baxa bilərsiniz.