Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

AKFA-nın prezidenti, millət vəkili Ülvi Quliyev karateçilərimizlə təlim-məşqlərdə

A+ a-
13 Mart 2015 18:36

     Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının (AKFA) prezidenti, millət vəkili Ülvi Quliyev Bakı 2015 1-ci Avropa Oyunlarının favoritlərindən sayılan Azərbaycan karateçiləri ilə birgə növbəti dəfə təlim-məşqlərdə iştirak edib.

     "İnter Arena"da yerləşən Azərbaycan Milli Karate Federasiyasının (AMKF) təlim-məşq bazasında federasiya prezidenti Yaşar Bəşirov və baş məşqçi Rəhman Hətəmovla birgə komandanın heyəti ilə hazırlıqlarda, qarşıda duran məsul və şərəfli vəzifə haqqında ətraflı söhbət də aparılıb. 

     AKFA-nın prezidenti, millət vəkili Ü.Quliyev və AMKF-in prezidenti Y.Bəşirov milli komandanın üzvləri ilə yığıncaqda idmançılarımızın yüksək nəticələr əldə etməsinin ölkə başçısı və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində əldə olunduğunu bildiriblər. Rəsmilər ölkə rəhbərinə, eləcə də Bakı 2015 1-ci Avropa Oyunları Təşkilat komitəsinin sədri Mehriban Əliyevaya təşəkkürlərini bildirirərək, digər sahələrdə olduğu kimi idmana da göstərilən dəstəyin davam etdirildiyini diqqətə çatdırıblar. 

     Artıq 10 ilə yaxındır ki, Baş sponsor Azərbaycan Beynəlxalq Bankı tərəfindən Azərbaycan karatesinin inkişafına dəstək göstərildiyini qeyd edən Ülvi Quliyev və Yaşar Bəşirov, idmançılarımızın Avropa Oyunlarında yüksək əyarlı medallar qazanmaq şanslarını yüksək dəyərləndiriblər.