Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Asiman Qurbanlıdan gümüş medal

A+ a-
02 Mart 2015 11:52

     Ötən ilin sentyabrında 5-vi "Baku Open" beynəlxalq turnirində zədədən sonra yarım il yarışlardan kənar qalan Asiman Qurbanlı tatamiyə dönüşünü gümüş medalla qeyd etdi.

     Misirin Şarm Əl-Şeyx şəhərində Dünya Karate Federasiyasının (WKF) Premyer Liqa seriyasından nüfuzlu turnirinə qatılan A.Qurbanov (+84 kq) bir-birinin ardınca üç misirli idmançıya, həmçinin türkiyə milli komandasının üzvləri Yasər Şahintəkin və Enes Erkana qalib gələrək yalnız finalda misir milli komandasının lideri Mansur Ossamaya məğlub olub.

     Şarm Əl-Şeyx Premyer Liqasında 38 ölkədən 464 idmançı iştirak edib. Komandamız bu nəticə ilə medal qazana bilən 15 ölkə arasında ümumi hesabda 8-10cu yerləri bölüşüb. Azərbaycan karateçilərinin növbəti rəsmi yarışı martın ikinci yarısında İstanbulda 50-ci Avropa çempionatı olacaq.