Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Hollandiyadan 2 gümüş və 2 bürünclə

A+ a-
15 Fevral 2015 19:10

     Milli komandanın kapitnı Şahin Atamov Almaniyanın Almere şəhərində "Lotto Dutch Open" Premyer Liqasının gümüş medalına sahib oldu. Yanvarda Parisdə mövsümün ilk Premyer Liqa turnirini bürünc medalla başa vuran tanınmış karateçimiz 5 döyüşdən yalnız finalda +84 kq çəki dərəcəsinin dünyada favoritlərindən sayılan almaniyalı Conatan Horneyə 0:2 hesabı ilə məğlub oldu.

     Bir gün əvvəl Şəhrun Yusifova (-50 kq) ilə ilk gümüş medala, həmçinin Firdovsi Fərzəliyev (-60 kq) və Rafael Ağayevlə (-75 kq) bürünc medallara sahib olan komandamız Hollnadiya Premeyer Liqasını 11-ci yerdə başa vurdu. Dünya Karate Federasiyasının (WKF) Premyer Liqalar seriyasından bu turnirə 51 ölkədən 613 idmançı iştirak edib. Onlardan 29 ölkə medalçılar arasına düşə bilib. 

     Yarışı idarə edən hakimlər arasında yüksək nüfuza malik olan beynəlxalq dərəcəli referilərimiz Şahin Xudaverdiyevlə Rənad Əliyev turnirin final görüşlərinə də təyinat alıblar. Yarışa yola düşən heyət fevralın 17-də vətənə dönəcək. Baş məşqçi, əməkdar məşqçi Rəhman Hətəmov və onun köməkçisi, böyük məşqçi Rəşad Hüseynovun rəhbərliyi ilə qarşıdakı hazırlıq məşqləri martın ortalarında İstanbulda 50-ci Avropa çempionatına yönələcək. 

 

Şahin Atamov 

1. Marvin Mauer (Almaniya) - 7:3

2. Velimir Yenkiç (Serbiya) - 5:1

3. Yaser Şahintekin (Türkiyə) - 5:2

Yarımfinal

Martun Nesterovski (Makedoniya) - 1:0

Final 

Conatan Horne (Almaniya) - 0:2