Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

İknci Premyer Liqasında uğurlu start

A+ a-
15 Fevral 2015 02:36

     Hollandiyanın Almere şəhərində "Lotto Dutch Open" Premyer Liqasının ilk yarış günü karateçilərimiz üçün uğurlu keçib. İdmançılarımız 2 bürünc və 1 gümüş medal qazanıblar. 

     Şəhrun Yusifova (-50 kq) fəxri kürsünün ikinci pilləsinə qalxıb. Hərəyə 5 rəqiblə döyüşən Rafael Ağayev (-75 kq) və Firdovsi Fərzəliyev (-60 kq) isə bürünc medalla kifayətlənməli olublar. Ceyhun Mustafayev ilə İsmayıl Quliyev (hər ikisi -60 kq), həmçinin Rafiz İsmayılov (-67 kq) təsəlliverici görüşlərə qatılsalar da, mübarizəni bürünc medalların bir addımlığında başa vurmalı olublar.

     İlk yarış günündən sonra Azərbaycan komandası medal qazana bilən 23 ölkə arasında 10-cu yeri tutub. Premyer Liqaya 51 ölkədən 613 idmançı qatılıb. Turnirin son günü daha 5 idmançımız tatamiyə çıxacaq.

     Medal qazananların yarışlarından nəticələrini və mükafatlandırma mərasimindən şəkilləri təqdim edirik. 1-ci yarış gününün yekun nəticələrinə buradan, şəkillərə isə rəsmi "Facebook" səhifəsindən baxa bilərsiniz. 

 

-75 kq, Rafael Ağayev 

1. Nuno Moreyra (Fransa) - 1:0

2. Emanuel Sarnataro (İtaliya) - 0:0

3. Yonas Pallesen (Danimarka) - 8:0

4. Erman Eltemur (Türkiyə) - 3:0

5. Lüdviq Abild (Danimarka) - 0:2

Təsəlliverici görüşlər 

6. David-Buda Honinq (Macarıstan) - 2:0

 

-60 kq, Firdovsi Fərzəliyev 

1. Sofian Aqoudjil (Fransa) - 6:0

2. NG Tou-Lam  (Makao) - 3:0

3. Cefri Berens (Hollandiya) - 1:2

Təsəlliverici görüşlər

4. Aykut Kaya (Türkiyə) - 3:0 

5. Andres Lendon-Lanos (Kolumbiya) - 8:0

 

-50 kq, Şəhrun Yusifova 

1. Darina Marçuk (Ukrayna) - 1:0

2. Duyqu Buğur - 8:0

Yarımfinal

3. Yamila-Ailen Benitez (Argentina) - 3:0

Final 

4. Bettina Olank (Avstriya) - 0:1