Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Milli komandalarla növbəti iclas keçirildi

A+ a-
11 Fevral 2015 22:33

     Azərbaycan Milli Karate Federasiyasının rəhbərliyi, ötən günlərdə İsveçrənin Sürix şəhərində Yeniyetmə və Gənclərin 42-ci Avropa çempionatının nəticələri ilə bağlı iclas keçirib. 

     Yığıncaqda federasiya prezidenti Yaşar Bəşirov, birinci vitse-prezident və Baş sponsor Azərbaycan Beynəlxalq Bankının rəsmi nümayəndəsi İlham Qasımzadə, vitse-prezident Yusif Məmmədov və məşqçilər komitəsinin sədri Rəhman Hətəmov yarış iştirakçılarının nəticələrini fərdi təhlil edərək, onların səhvlərini araşdırıblar. Digər mütəxəssislərin də fikirləri dinlənildikdən sonra, aşağı yaş quruplarında idmançıların hər birinə gələcək turnirlər üçün tövsiyyələr verilib. Son zamanlar əsas diqqətin Avropa Oyunlarına yönəldiyini bildirən federasiya rəhbərliyi, bu ilin payız aylarında dünya çempionatında yeniyetmə və gənclərdən yüksək nəticələr gözlənildiyini nəzərə çatdırıblar. 

     İclas böyüklərdən ibarət milli komandanın iştirakı ilə davam edib. Hollandiyanın Almere şəhərində ilin növbəti Premyer Liqa turnirinə yola düşən heyətə uğurlar arzulanıb, qarşıdakı yarışın martın ikinci yarısında İstanbulda Avropa çempionatı üçün tam heyətin təyin edilməsində böyük rol oynadığı bildirilib. Avropa Oyunlarınadək qısa zamanın qaldığını xatırladan rəsmilər, iyunun əvvəlində tarixində ilk dəfə keçirilən bu mötəbər yarışın məsuliyyətindən bir daha danışaraq, karateçilərimizə böyük ümidlər bəsləndiyinə və buna nail olunmasına ümidvar olduqlarını qeyd ediblər. 

     2015-ci ildə Azərbaycan karatesinin yüksək nəticələr əldə etməsi üçün Baş sponsor Azərbaycan Beynəlxalq Bankı tərəfindən ən yüksək dəstəyin göstərildiyi və bu işlərin davam etdirilidiyi deyilib.