Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Premyer Liqadan bürünc medallarla

A+ a-
25 Yanvar 2015 21:23

     Azərbaycan karateçiləri Dünya Karate Federasiyasının ən nüfuzlu Premyer Liqa turniri "Open De Paris"-dən bürünc medallarla dönürlər. Əsas hədəfi Bakı 2015 Avropa Oyunları olan milli komandamızın üzvlərindən Şahin Atamov (+84 kq) və Tural Ağalarzadə (-67 kq) kiçik dünya çempionatı sayılan Premyer Liqa turnirində 3-cü yeri tutdular. 

     Öz çəki dərəcələrində favoritlərdən olan bir çox idmançılarımız kimi Rafael Ağayev (-75 kq) və Rafiz Həsənov (-67 kq) isə son anda ciddi hakim haqsızlığı ilə üzləşdiyindən mükafatçılar arasına düşə bilməyiblər. Ötən mövsüm zədələr və əməliyyat səbəbndən dünya və avropa çempionatları ilə birgə, bəzi rəsmi yarışlardan kənar qalan Rafael Ağayev son avropa çempionu və dünya çempionatının mükafatçısı, həmçinin əvvəllər dəfələrlə dünya və avropa çempionu olan, eləcə də onun əsas rəqiblərindən biri - italiyalı Luici Busanı məğlub etməklə dünya karatesinin "briliyantı" olmağını bir daha sübut edib.

     Premyer Liqanın yekun nəticəsinə əsasən Azərbaycan medal qazana bilən 23 ölkə arasında 17-ci oldu. İlk üçlükdə isə Fransa Misir və Yaponiya yer alıb. Mötəbər turnirdə 46 ölkədən 929 idmançı iştirak edib. 

     Milli komandamızın növbəti beynəlxalq yarışı fevralın ortalarında Hollandiyada Premyer liqa turniri olacaq.