Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Karateçilərimiz 2015-ci ilin ilk yarışına yollandılar

A+ a-
14 Yanvar 2015 21:03

Karateçilərimiz 2015-ci ilin ilk yarışına yollandılar

     

     Azərbaycan idmançıları 2015-ci ilin ilk yarışına yollanırlar. Yeniyetmə və gənclərdən ibarət seçmə komandalarımız Xorvatiya Qran prisi uğrunda yarışda iştirak edəcəklər.

     17-18 yanvar tarixlərində Samobor şəhərində turnirə baş sponsor Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə 25 nəfərlik heyət yola düşüb. Yeniyetmələrdən ibarət seçmə komandanın böyük məşqçisi, əməkdar məşqçi Anar Allahverdiyev 14-15 yaşlılardan Hümmət Balakişiyevə (-52 kq), Riyad Feyzizadəyə (-63 kq), Murad Balakişiyevə (-70 kq), Murad Hacızadəyə (+70 kq), qızlar arasında Fidan Teymurovaya (-54 kq), Renata Ərəbliyə (+54 kq) və Bəsti İsmayılovaya (+54 kq) etimad göstərib. 

     16-17 yaşlı gəncləri çalışdıan əməkdar məşqçi Şahin Xudaverdiyev isə Mircəlal Ələsgərov (-55 kq), Ülvi Qurbanov (-61 kq), Hüseyn Əliyev (-68 kq), İsa Məmmədov (-76 kq), Vəli Vəliyev (+76 kq), qızlardan Şölə Həsənova (-48 kq), Aytac Əlyeva (-53 kq) və Fəridə Əliyevadan (+59 kq) ibarət heyətə üstünlük verib. Kata üzrə məşqçi Anar Əhmədov Həsən Rüstəmovu sınaqdan keçirəcək. 18-20 yaşlı gənclərdən Sevinc Mehdiyeva (-50 kq) və Aytən Səmədli (-68 kq) də medallar uğrunda mübarizə aparacaqlar.

  

     Nüfuzlu beynəlxalq turniri idarə edən hakimlər arasında isə beynəlxalq referi Vüqar Kərimov və milli dərəcəli hakimlər Cavid Rəfiyev ilə Mais Mədətov yer alacaq. Qeyd edək ki, ötən il yüksək nəticələr göstərən milli dərəcəli hakimlər ilk dəfədir ki, təcrübələrini artırmaq üçün Avropaya beynəlxalq yarışa yola salınırlar. 

     Xorvatiya Qran Prisində 21 ölkədən 204 klub, o cümlədən 1732 müxtəlif yaşlı karateçi mübarizə aparacaq. Onlardan 1238 idmançı fərdi kumitedə 437 nəfər fərdi kata, 16 nəfər fizikiqüsulular arasında fərdi kata, 41 komanda isə komanda kata yarışlarına qatılacaq. İdmançılarımızın turnirdə çıxışları federasiyanın rəsmi veb səhifəsi ilə "online" rejimdə təqdim ediləcək.

     Xorvatiyaya 15 yanvar tarixində yola düşən azərbaycan karateçiləri mövsümün ilk yarışından 6 gün sonra dönəcəklər. Nümayəndə heyətinə Azərbaycan Milli Karate Federasiyasının baş katibi Mircabar Seyidov rəhbərlik edir.

     Beynəlxalq turnir seçmə komandalarımız üçün fevralın əvvəlində İsveçrənin Sürix şəhərində Avropa çemponatına seçmə xüsusiyyəti daşıyır.

 

 

Sənan Məhərrəmov, Azərbaycan Milli Karate Federasiyasının Media və İctimaiyyətlə işlər katibi