Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Azərbaycan Karate Federasiyasının internet səhifəsi yeniləndi

A+ a-
26 Dekabr 2014 21:21

   Azərbaycan Karate Federasiyasının rəsmi internet səhifəsi yenilənərək ictimaiyyətə təqdim edilib. Bir neçə il əvvəl yaradılan saytın yeni versiyası federasiya saytı formatından çıxarılaraq informasiya portalı üslubunda hazırlanıb. Digər sözlə desək, yeni sayt azərbaycanın karate informasiya (WKF) portlaı olacaq. Bu isə yeni versiyanın daha funksional və universallığına imkan yaradıb. Gözoxşayan dizaynla hazırlanan saytda dinamiklik ilk baxışdan diqqəti cəlb edir.

   AKF-in rəsmi internet səhifəsinə bir sıra yeni bölmələr və altbölmələr əlavə edlib. Nəticədə sayt ziyarətçinə əvvəlkindən daha artıq informasiya almaq imkanları yaradılıb. Sayta federasiyanın fəaliyyət göstərdiyi 20 illik tarixində uğurlar, karate idmanı haqqında məlumatlar, yarış və hakimlik qaydaları, milli komandaların heyətləri, klublar, müxtəlif yarışların nəticələrəi, illik yarış təqvimi, foto və videoqalereyalar və digər maraqlı informasiya rubrikaları əlavə edilib və yenilənib. Dünya və Azərbaycan karatesinin statistik göstəriciləri də maraq doğuran rubrkalardan biridir. Yenilənmiş versiyada Azərbaycan və dünya karateçilərinin reytinqləri, ölkələr arası reytinq və digər göstəricilər üzrə reytinq cədvəlləri vasitəsilə istənilən idmançının sön statistik parametrlərinə baxmaq da mümkündür. Rəsmi internet səhifəsi vasitəsilə yerli və xarici yarışlar texniki imkanlar daxilində calın internet video yayımı ilə təqdim ediləcək. Həmçinin yarışların operativ foto yayımı da yeniliklərdən biri sayılır.

     Mütəmadi olaraq karate ilə bağlı ölkədaxili və xarici idman hadisələri, əcnəbi saytlardan diqqətçəkən məqalələrin trcüməsi, eləcə də görüntülü informasiyalar AKF-in yeni saytında karate həvəskarlarına çatdırılacaq. Dünya karatesinin "briliyantı" Rafael Ağayevin populyarlığını nəzərə alaraq ona aid ayrıca səhifə ayrılıb. AKF-in yeni versiyada aytı azərbaycan, rus və ingilis dillərndə fəaliyyət göstərəcək. İnformasiyaların hazırlanmasında oprativlik və obyektivlik əsas şərtlərdən biridir. Əsas yeniliklərdən biri də hər informasiyaya oxucuların fikir bildirmək imkanının yaradılmasıdır.

     Saytda federasiyanın rəsmi "Facebook" sosial səhifəsi və "YouTube" videokanalına birbaşa çıxışlar karate həvəskarlarının daha artıq informasiya ilə təmin edilməsi funksiyasını xeyli dərəcədə asanlaşdırır. Bütün bu tədbirlər baş sponsor Azərbaycan Beynəlxalq Bankının ölkədə karate idmanının inkişafı ilə bağlı "Karatenin təbliği ilə kütləviliyə nail olmaq" strategiyasının əsas hissəsidir və zaman-zaman müasir media imkanlardan istifadə etməklə təbliğat işləri daha da gücləndiriləcək. Regionlarda karatenin inkişafına dəstək vermək üçün də müəyyən təbliğat işləri də nəzərdə tutulub.

     Qeyd edək ki, Bakı 2015 1-ci Avropa oyunlarına səfərbər olunmaqla əlaqədar internetlə informasiya dəstəyi səhsində bir sıra ictimai laihələr müvəqqəti olaraq təxirə salınıb.