Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Azərbaycan Karate Federasiyası 2014-cü ilə yekun vurdu

A+ a-
26 Dekabr 2014 20:43

     Azərbaycan Karate Federasiyasının (AKF) 2014-cü ilin yekunlarına həsr olunmuş yekun iclası keçirilib. Yığıncaqda AKF prezidenti Yaşar Bəşirov, 1-ci vitse-prezident, baş sponsor Azərbaycan Beynəlxalq Bankının rəsmi nümayəndəsi İlham Qasımzadə, Vitse-prezident Yusif Məmmədov, baş katib Mircabbar Seyidov, milli komandanın baş məşqçisi Rəhman Hətəmov, Hakimlərin komitəsinin sədri Cahangir Babayev başda olmaqla ofis personlaı, idmançı, hakim və məşqçi heyəti iştirak edib.

2014-cü ilin ən uğurlu illərdən biri olduğunu qeyd edən Y.Bəşirov və digər natiqlər, yüksək əhval-ruhiyyəli belə kollektivdə qarşıdan gələn 2015-ci ildə də böyük nəaliyyətlər əldə ediləcəyinə inandıqlarını deyərək, yeni 2015-cilin gəlişi və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə təbriklər söyləyiblər. Orxan Süleymanov gələcəkdə də federasiyanın uğurlu fəaliyyətində Beynəlxalq Bankın maliyyə dəstəyini əsirgənmiyəcəyini bildirib. İdmançılar adından çıxış edən milli komandanın kapitanı Şahin Atamov onlara gstərilən diqqət və qayğıya görə federasiya rəhbərliyi və baş sponsora dərin minnətdarlıq ifadə edərək, ümidləri qarşıdakı yarışlarda yüksək nəticələrlə doğruldacaqlarına çalışacaqlarını deyib.    

    Çıxışların ardından il ərzində fərqlənənlərə baş sponsor ABB tərəfindən pul mükafatları verilib.