Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

"İlin ən yaxşısı" mükafatları təqdim edilib

A+ a-
26 Dekabr 2014 19:10

     Azərbaycan Karate Federasiyasının (AKF) rəhbərliyi ilk dəfə "İlin ən yaxşıları" mükafatını təqdim edib. Baş sponsor Azərbaycan Beynəlxalq Bankının (ABB) təşəbbüsü ilə mükafatlara bir neçə sahədə ən məhsuldar nəticə göstərən idmançılara, məşqçi, hakim, region, klub və partnyorlar layiq görülür. 

     "İlin ən yaxşıları" nominasiyalarında mükafatlar böyüklərdən ibarət milli komandanın üzvləri Niyazi Əliyev, Nuranə Əliyeva və Tural Balcanlıya (kata), yeniyetmə və gənclər seçmə komandasından Fəridə Əliyevaya, Ülvi Quliyev və Roman Heydərova (kata), Məşqçilər komitəsinin sədri və milli komandanın baş məşqçisi Rəhman Hətəmova və Hakimlərin komitəsinin sədri, beynəlxalq hakim Cahangir Babayevə təqdim edilib.  

     "Ən yaxşı region" mükafatı Sumqayıt şəhərinə və onun rəsmi nümayəndəsi olaraq Akif Kərimova, "Ən yaxşı klub" "Qaraqaplan" klubuna və onun nümayəndələri kimi məşqçilər Şahin Xudaverdiyevlə Cahangir Babayevə,  "Ən yaxşı partnyor" nominasiyası isə "Cihan" reklam şirkətinə veilib.

     Mükafatları AKF-in prezidenti Yaşar Bəşirov, 1-ci vitse-prezident, baş sponsor ABB-nin rəsmi nümayəndəsi İlham Qasımzadə, vitse-prezident Yaşar Bəşirov və baş katib Mircabbar Seyidov təqdim edib.