Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Rafael Ağayev və İrina Zaretska Premyer liqada medal qazanıb

A+ a-
16 Fevral 2020 10:41

Rafael Ağayev (-75 kq) Dubayda Karate1 Prmeyer Liqa turnirin qalibi olub.

İrina Zaretska (-68 kq) isə yarışın bürünc medalını qazanmaqla, həm də Tokio olimpiadasına lisenziyanı vaxtından əvvəl təmin edib. Daha bir idmançımız Rafiz Həsənov (-67 kq) 3-cü yer uğrunda görüşdə məğlub olub. 

Nüfuzlu yarışda 85 ölkədən 571 karateçi iştirak edib. Yarışboyu idmançılarımızı dəstəkləyən Azərbaycanın Dubayda Baş Konsulu Cavidan Hüseynov və Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərində diaspor üzvləri turnirdən sonra milli komandanın uğurları şərəfinə ziyafət təşkil ediblər. 

 

Al Wasl arenasında turnirdən idmançılarımızın nəticələrini təqdim edirik:

  

 

Kumite (-67 kq), bürünc medal görüşü

Rafiz Həsənov - Burak Uyğur (Türkiyə) 0:2

 

Əvvəlki mərhələlər

1. R.Həsənov - Assılbek Muratov (Qazaxıstan) 3:3

2. R.Həsənov -Steven DaKkosta (Fransa) 1:7 

Təsəlliverici görüşlər

R.Həsənov - Raul Kuerva (İspaniya) 2:0

R.Həsənov - Younes Oualad (Belçika) 3:0

 

 

  

 

Kumite (-68 kq), bürünc medal görüşü

İrina Zaretska - Alizee Agier (Fransa) 3:3

 

Əvvəlki mərhələlər

1. İ.Zaretska - Güzəliyə Qafurova (Qazaxıstan) 2:0

2. İ.Zaretska - Anjela Mojsovska (Makedoniya) 9:1

3. İ.Zaretska - Eda Eltemur (Türkiyə) 5:3

Yarımfinal

İ.Zaretska - Feryal Abdelazez (Misir) 0:4

 

 

 

Kumite (-75 kq), final görüşü

Rafael Ağayev - Luici Busa (İtaliya) 3:2

 

Əvvəlki mərhələlər

1. R.Ağayev - David Poksdlan (Slovakiya) - İvan Martinac (Xorvatiya) görüşünün qalibi ilə 3:0

2. R.Ağayev - Ruslans Sadıkovs (Latviya) 4:1

3. R.Ağayev - Erman Eltemur (Türkiyə) 3:2

Yarımfinal

R.Ağayev - Bəhmən Əsgəri (İran) 3:0

 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov. Dubay, Birləşmiş Ərəb Əmirlikləri