Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Karateçilər Dünya Şotokan Federasiyasının çempionatında böyük uğurla çıxış ediblər

A+ a-
06 Noyabr 2019 11:58

1-3 noyabr tarixlərində Şimali Makedoniyanın paytaxtı Skopyedə Dünya Şotokan Federasiyasının (WSF) 11-ci çempionatı keçirilib. 

Şobu ippon, şobu sanbon və WKF kumitesi üzrə keçirilən dünya çempionatında Azərbaycan idmançıları da iştirak edib. Ölkə klublarını təmsil edən müxtəlif yaşlı 116 idmançılmız ayrı-ayrı kateqoriyalardaçıxışlarında 72 qızıl, 53 gümüş və 77 bürünc medal qazanaraq 20 ölkə arasında ümumi nəticədə birinci yeri tutublar. 

Yarışdan əvvəl WSF rəsmilərinin yığıncağında yeni təyinatlar elan olunub. Xatırladırıq ki, Dünya Karate Federasiyası (WKF) İdarə heyətinin üzvü Esed Delihasan təşkilatın prezidenti, WKF Texniki komitəsinin üzvü Yaşar Bəşirov isə birinci vitse-prezident seçilib. Onlardan başqa Ercüment Taşdemir WSF-nin baş katibi, Adrian Popesku vitse-prezident, Kaxa Basiliya ikinci, Rossalin Rossalinov üçüncü, Xayrettin Xamurçu isə dördüncü vitse-prezident təyin edilib. Yaxın günlərdə isə WSF-nin yeni Azərbaycan nümayəndəsi təyin olunacaq.  

WSF-nin 12-ci dünya çempionatı 2020-ci ildə İstanbulda keçiriləcək. 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov